Təsərrüfat və bağçılıq sahələrində məhsul yetişdirən fermerlər daim bitkilərin böyüməsini, sağlam inkişafını sürətləndirən və məhsuldarlığı artıran vasitələrin tətbiqini həyata keçirir. Bəzən hədəflənən mövsüm nəticələrinə çatmaq uğurla baş tutsa da, bəzi təsərrüfatlardan əldə olunan nəticələr bir o qədər də ürəkaçan olmur. Bu isə əksərən müvafiq vasitələrin düzgün seçilməməsi və tətbiq edilməməsi kimi səbəblərdən qaynaqlanır. Odur ki, mütəxəssislər bitkiləri stresə salmadan düzgün şəkildə aqrotexniki qulluq qaydalarının həyata keçirilməsini mütləq hesab edir. Mütəxəssislər tərəfindən tətbiqi tövsiyə edilən bitki bəsləmə vasitələrindən biri də Maqnezium Sulfat gübrəsidir. Digər gübrələrlə müqayisədə tərkibində maqnezium səviyyəsi daha yüksək olan bu gübrə növünün kimyəvi formulu MgSO₄ şəklindədir. Tərkibində maqnezium (Mg) və kükürd (S) olmaqla bitkilər üçün iki vacib qida maddəsini ehtiva edir. Bu elementlər bitkilərin müxtəlif fizioloji funksiyalarının həyata keçməsinə, sağlam inkişafına, böyüməsinə və məhsuldarlığına kömək edir.

 

Maqnezium sulfat gübrəsinin faydaları

 

Sözügedən gübrənin tərkibində yer alan maqnezium bitkilərdə fotosintez prosesi üçün vacib olan xlorofilin formalaşmasında başlıca rol oynayan əsas komponentidir. Maqnezium enerjinin səmərəli xərclənməsini, nuklein turşularının və zülalların sintezi də daxil olmaqla, müxtəlif biokimyəvi proseslərə kömək edən çoxsaylı fermentlərin aktivləşməsini təmin edir. Eyni zamanda fosforun daşınmasına kömək edərək, digər qida maddələrinin qəbulunun tənzimlənməsində iştirak edir. Gübrə tərkibində yer alan kükürd bitki metabolizmində mühüm rol oynayan amin turşularının və zülalların tərkib hissəsidir. Vitaminlərin sintezini həyata keçirir. Eyni zamanda, bitkinin xəstəliklərə qarşı müqavimətini artırır.

 

Maqnezium sulfat gübrəsinin istifadə qaydası

 

Maqnezium sulfat gübrəsi yarpaqlar və ya torpaq vasitəsilə bitkilərə tətbiq oluna bilər. Sürətli və effektiv nəticə əldə etmək üçün yarpaqdan tətbiqi məqsədəuyğundur. Damlama suvarma sistemləri ilə tətbiqi mümkündür. Fosforlu gübrələrlə qarışdırılması tövsiyə olunmur. Sitrus meyvələri, tərəvəzlər, qovun, qarpız, kartof, gilas, gavalı, şaftalı və s. kimi bitkilər üçün tətbiqi məqsədəuyğundur. Tətbiqindən öncə torpaq və ya yarpaq analizinin aparılması tövsiyə olunur. Bunun sayəsində bitkinin nə qədər gübrəyə ehtiyac olduğunu müəyyənləşdirmək mümkündür. Hansı ki, bu zaman həddindən artıq və ya az gübrə tətbiqinin qarşısı alınaraq, bitkinin stresə düşməsinin və ətraf mühitin çirklənməsinin qarşısı alınır. 

 

Bitkilərdə maqnezium sulfat gübrəsinə təlabat yarandığını necə öyrənmək olar?

 

Bitki orqanizmində maqnezium və kükürd elementləri çatışmadıqda müəyyən simptomlar müşahidə olunur ki, bu zaman müvafiq gübrənin tətbiqi tövsiyə olunur. Bu əlamətləri aşağıdakı formada qruplaşdırmaq olar.

 

  • Yaşlı yarpaqlarda damarlar arasında yaşıl rəng solur
  • Damarlararası boşluqlar saralır
  • Yarpaqlarda ləkələr əmələ gəlir
  • Yarpaqlar qırmızımtıl bənövşəyi rəngə boyanır
  • Gənc yarpaqlar açıq yaşıl rəngə boyanır 
  • Meyvə yetişməsi gecikir

Maqnezium sulfat gübrəsini necə əldə etmək olar?

Təsərrüfatlarda, bağ və həyətyanı sahələrdə məhsul yetişdirilməsi zamanı bitkilərin inkişafında vacib rol oynayan maqnezim sulfat gübrə çeşidlərini kənd təsərrüfatı məhsullarının satışı üzrə ixtisaslaşan gubre.az aqrar ticarət şəbəkəsinin ölkəmizin müxtəlif bölgələrində yerləşən 200-dən çox satış nöqtəsindən əldə etmək mümkündür.

 

Eyni zamanda təsərrüfat sahibləri 828 qısa nömrəsi ilə əlaqə saxlayaraq və ya gubre.az vebsaytına və sosial media hesablarına (Instagram, Facebook, LinkedIn) daxil olaraq, sifarişlərini həyata keçirə bilər. Qeyd edək ki, subsidiyalı satış imkanlarından yararlanaraq və ya fermer kartı ilə bitki toxumlarını, həmçinin, bitki qorumabitki bəsləmə vasitələrini əldə etmək mümkündür.