35 yaşdan etibarən insan orqanizmində təbii dəyişikliklər baş verir və bu, əzələ kütləsinin azalması ilə müşahidə olunur. Foodinfo.az xəbər verir ki, mütəxəssislər bu yaşdan sonra menyuda asanca mənimsənilən zülalların payını artırmağı tövsiyə edirlər.
Odiçov vilayət xəstəxanasının profilaktik tibb şöbəsinin müdiri, terapevt-diyetoloq Qalina Volkova bildirib ki, 35 yaşdan sonra orqanizmdə sarkopeniya adlanan proses – yəni əzələlərin zəifləməsi və kütləsinin azalması – daha fəal şəkildə başlayır. Buna görə də qidalanmada keyfiyyətli və yüngül zülak mənbələrinin olması vacib sayılır.
Mütəxəssis qeyd edib ki, yumurta və təzə kəsmik bu baxımdan ən münasib seçimlərdəndir. Onların tərkibindəki zülak bədən tərəfindən tez həzm olunur və əzələ hüceyrələrinin bərpasını dəstəkləyir. Volkova bildirib ki, səhər yeməyində bu məhsulların istifadəsi enerji balansını qorumağa və maddələr mübadiləsini sürətləndirməyə kömək edir.
Həkim eyni zamanda hazırlama üsulunun da mühüm rol oynadığını vurğulayıb. Onun sözlərinə görə, əgər kəsmik istiliklə bişirilərsə, məsələn, sırnik və ya zapekanka şəklində, bu zaman tərkibindəki zülak qismən karbohidratlara çevrilir və əvvəlki qədər faydalı olmur.
Volkova əlavə edib ki, 35 yaşdan sonra davamlı zülak çatışmazlığı təkcə əzələlərin deyil, həm də dərinin, saçın və dırnaqların sağlamlığına mənfi təsir göstərə bilər. Buna görə gündəlik menyuda təzə yumurta, balıq, ağ ət və kəsmik kimi mənbələr mütləq yer almalıdır.






