Qastroenteroloq və dietoloq Yekaterina Girenko 60 yaşdan yuxarı insanlar üçün faydalı olan məhsullardan danışıb.
Foodinfo.az xəbər verir ki, ekspert Gazeta.Ru-ya müsahibəsində deyib ki, ateroskleroz və ürək-damar xəstəliklərinin qarşısını almaq üçün yaşlı insanlara həftədə ən azı iki-üç dəfə balıq yemək tövsiyə olunur.
Mütəxəssisin sözlərinə görə, qida rasionunda heyvan mənşəli yağlar minimuma endirilməli, bitki yağları isə normada qəbul edilməlidir.
"Həmçinin həftədə bir dəfədən çox olmamaq şərti ilə qırmızı ət istehlak etmək tövsiyə olunur”, - deyə həkim əlavə edib.