Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi İnstitutunda (AQTİ) Kodeks Komitəsinin geniş tərkibli nümayəndə heyəti ilə görüş keçirilmiş və Kodeks standartlarından istifadə qaydaları, veb portallardan istifadənin üstünlükləri və digər məsələləri əhatə edən təlimə start verilmişdir. Təlimdə çıxış edən Kodeks Komitəsinin koordinatoru Nailya Karsybekova bu təlimin keçirilməsinin gələcəkdə bu sahədə daha innovativ fəaliyyətin qurulmasına təkan verəcəyini bildirib. Azərbaycanda Kodeks Alimentariusun əlaqələndiricisi Fuad Mərdiyev Komissiya üzvlərinə və təlim iştirakçılarına AQTA-nın strukturu və fəaliyyət istiqamətləri haqqında qısa məlumat verib. Daha sonra Kodeks Alimentarius nümayədə heyəti və təlim iştirakçıları AQTİ-nin laboratoriyasına baxış keçiriblər və burada qurulan şəraitlə tanış olublar. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi adlı şəxsin şəkli.Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi adlı şəxsin şəkli. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi adlı şəxsin şəkli.