Sağlam qidalanma və kifayət qədər fiziki fəaliyyət effektiv arıqlamaq üçün əsas amillərdir.
Foodinfo.az xəbər verir ki, bununla belə, mütəxəssislər deyirlər ki, müəyyən bir meyvənin köməyi ilə yağ yandırılmasını stimullaşdıra bilərsiniz.
Biz bananlardan danışırıq. Onlar faydalı bakteriyaları mədəyə daxil etmək və bağırsaq florasının fəaliyyətini saxlamaq qabiliyyətinə malikdirlər. Bu meyvələr həm də kalium və maqnezium kimi həyati elementlərlə maddələr mübadiləsini sürətləndirir və yüksək lif tərkibi sayəsində bizi gün ərzində kifayət qədər enerji ilə təmin edir.
Banan orqanizmi yüksək səviyyədə maqneziumla təmin edir ki, bu da mədədə uzun müddət xoş toxluq hissi yaradır.
Mütəxəssislər hər gün bir və ya iki banan yeməyi məsləhət görürlər.
Nurlan