Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) mətbuat xidməti vəzifəsinə işçi axtarır.
Öhdəliklər:
• ASK-nın yenilikləri barədə press-relizlərin yazılması və KİV-də yayılması;
• ASK-nın mətbu orqanı olan “Biznes Həyatı” jurnalı üçün müsahibələrin alınması və mətnlərin redaktəsi;
• KİV nümayəndələri ilə əlaqələrin qurulması və inkişafı;
• ASK-nın sosial media səhifələrinin idarə olunması;
• Rəhbərlik üçün çıxışların yazılması;
Tələblər:
• Jurnalistika sahəsində ali təhsil;
• PR, KİV sahəsində ən azı 3 il təcrübə;
• Mükəmməl yazı bacarığı;
• KİV-lə bağlı məlumatlılıq;
• Azərbaycan və rus dillərin sərbəst biliyi, İngilis dilinin biliyi arzuolunandır;
• MS Office proqramları, xüsusilə MS Excel proqramı üzrə güclü biliklər;
• Ünsiyyətcillik;
• Analitik təfəkkürə malik olma;
• Komandada işləmək bacarığı;
• Müasir texnologiyalara bələdlik;
Göstərilən tələblərə uyğun namizədlər öz CV-lərini “mövzü” bölməsində Mətbuat katibi qeyd etməklə həm [email protected] , həm də [email protected] elektron ünvanlarına göndərmələri xahiş olunur.
İş saatları həftəiçi beş gün səhər 09:00-dan 18:00-dəkdir. Əmək haqqı namizədə görə dəyişir.