İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti duz bazarında araşdırmalara başlayıb. Bu barədə Foodinfo.az-a qurumdan bildirilib. Məlumata görə, məqsəd antiinhisar qanunvericiliyinin tələblərinə əməl olunmasına nəzarət və qanunazidd hərəkətlərin qarşısının alınmasıdır. Araşdırmaların nəticələri barədə ictimaiyyətə məlumat veriləcək.