Bitki əsaslı qidalanma, əsasən tərəvəz, meyvə, tam taxıl və paxlalarla zəngin olan bir qidalanma növüdür. Foodinfo.az bildirir ki, bu tip qidalanma ürək xəstəlikləri, diabet və bəzi xərçəng növlərinin riskini azaldır. Bitki əsaslı qidalar liflə zəngin olduğu üçün həzm sistemini yaxşılaşdırır.
Bu qidalanma növü çəki idarəetməsində də effektivdir. Bitki əsaslı qidalanma zamanı protein təlabatını paxla, quinoa və soya məhsulları ilə qarşılamaq olar. Bu qidalanma növü ət istehlakını məhdudlaşdırır, lakin düzgün planlaşdırma lazımdır.
Bitki əsaslı qidalanma həmçinin ətraf mühit üçün də faydalıdır. Bu qidalanma növünə keçid zamanı vitamin və mineral balansına diqqət yetirmək vacibdir. Bitki əsaslı qidalanma sağlam həyat tərzi üçün ideal seçim ola bilər.
Lakin unutmaq olmaz ki, qidalanmanın əsas istiqamətləri olan yağ, zülal və karbohidratlar qəbul edilməlidir. Əks halda bədən ziyan çəkə bilər.