Böyrəklərdə hətta kiçik problemlər varsa, bu məhsullar istisna edilməlidir.

Böyrək xəstəlikləri üçün qidalanma araşdırmalarının əksəriyyəti ən zərərli qidaların ədviyyatlı və işlənmiş ətlər olduğunu göstərib.

Foodinfo.az-ın məlumatına görə, lent.az-ın xarici KİV-ə istinadla xəbərinə görə, alimlər müəyyən ediblər ki, onların müntəzəm istifadəsi 50 faiz hallarda ciddi nəticələrə səbəb ola bilər.

Bu qidalar böyrəklərə mənfi təsir göstərməklə yanaşı, ürək-damar xəstəlikləri riskini də artırır və ölüm ehtimalını 40 faiz artırır.

Böyrək xəstəliyiniz varsa, qətiyyən istehlak edilməməsi lazım olan qidalar

Həkimlər aşağıdakı qidaları rasionunuzdan xaric etməyi tövsiyə edir:

•Yarpaqlı yaşıl tərəvəzlər: turşəng, ispanaq.

• Pomidor, qırmızı çuğundur, kərəviz.

• Lobya, noxud, Brüssel kələmi.

• Meyvə və giləmeyvə: zoğal, gavalı, alça, qara qarağat və əncir.

• İsti ədviyyatlar, duzlu pendirlər, kolbasa, şokolad, kakao.

• Alkoqol, yağlı ət və balıq, bulyon və jele.

Böyrək probleminiz varsa yeyə biləcəyiniz qidalar

Böyrək xəstəliyi üçün həkimlər məhdud miqdarda aşağıdakı qidaları tövsiyə edirlər:

• Qırmızı yağsız ət və balıq.

• Süd məhsulları: süd, kəsmik.

• Yumurta, göbələk, kartof.

• Şəkər, bal, çox güclü olmayan çay.

• Sarımsaq və soğan.

Məhdudiyyət olmadan istehlak edilə bilən qidalar

• Yağsız ət və balıq.

• Yüksək keyfiyyətli kərə yağı.

• Tam taxıl və çörək məhsulları.

• Tərəvəz şorbaları (pomidor istisna olmaqla).

• Tərəvəzlər: gül kələm, qarpız, badımcan, xiyar, kök.

• Qadağan olunmuş siyahıda olmayan müxtəlif meyvə və giləmeyvə.

Böyrəklərdə daş əmələ gəlirsə, rasionunuza cəfəri ilə salatlar əlavə etmək və bu bitki ilə həlimlər içmək məsləhət görülür.