Kalori qəbulunu ciddi dərəcədə artıran, gecə yemək sindromu qidalanma davranışı pozuntusudur. Mütəxəssislər bildirir ki, gecə yemək vərdişi yuxunun pozulmasına səbəb olur və bu zaman enerji qəbuluna ehtiyac yaranır. Gündəlik kalorinin ən az 50 faizinin axşam yeməyindən sonra qəbul edilməsi, yeyilən qidalarınsa şəkər və nişasta kimi karbohidrat tərkibli olması artıq bir xəstəliyə işarədir. Gecə yemək sindromunu aradan qaldırmaq üçün doyurucu nahar yeməyi və qəlyənaltı olaraq meyvələrlə qidalanmaq çox faydalıdır