Çia toxumları həm arıqlamaq istəyənlər, həm də sağlam həyat tərzi seçənlər üçün əsl təbii möcüzə hesab olunur. Foodinfo.az Pravda.ru-ya istinadla xəbər verir ki, bu kiçik toxumlar az kalori ilə yanaşı, bədəni gücləndirən çoxsaylı faydalı maddələrlə zəngindir.
Birinci üstünlük – az kalori, çox qida dəyəri. Çia toxumları lif, protein, kalsium və faydalı yağlarla zəngindir, eyni zamanda çox az enerji dəyərinə malikdir. Bu səbəbdən onlar həm arıqlamaq, həm də enerji balansını qorumaq üçün ideal seçimdir.
İkinci səbəb – bitki mənşəli protein mənbəyi. Cəmi iki xörək qaşığı çia 4 qram protein ehtiva edir ki, bu da vegetarian və ya ət istehlakını azaldan insanlar üçün əvəzsizdir. Həmçinin, bu toxumlar iştahanı azaldaraq arıqlama prosesinə kömək edir.
Üçüncü fayda – omqa-3 yağ turşularının yüksək səviyyəsi. Mütəxəssislər bildirirlər ki, çia toxumlarında bu maddələrin miqdarı bəzi balıq növlərindən, o cümlədən qızılbalıqdan belə çoxdur.
Dördüncü üstünlük – ürək-damar sağlamlığının dəstəklənməsi. Lif, omqa-3 və protein birləşməsi qanda xolesterini tənzimləyərək ürək xəstəlikləri riskini azaldır.
Beşinci səbəb – sümüklərin möhkəmlənməsi. Yüksək miqdarda kalsium, maqnezium və protein sayəsində çia sümüklərin və oynaqların sağlam qalmasına kömək edir.
Altıncı üstünlük – istifadə rahatlığı. Çia toxumlarının xüsusi dadı yoxdur, bu da onları smuzi, yoqurt, salat və şorbalara asanlıqla əlavə etməyə imkan verir.
Mütəxəssislər bildirirlər ki, gündəlik rasiona az miqdarda çia əlavə etmək həm bədən formasını qorumağa, həm də ümumi sağlamlığı yaxşılaşdırmağa kömək edir.






