Dünəndən havanın kəskin dəyişəcəyinə dair xəbərlər cəmiyyətdə müəyyən qədər həyəcan doğurub.
Foodinfo.az oxu.Az-a istinadən xəbər verir ki, paytaxda bir çox ərzaq mağazalarında çörək və şama kəskin tələbat yaranıb. İnsanlar ehtiyatlı tərpənərək "qara gün” üçün hazırlıq görüblər. ATV-nin əməkdaşı Pərvin Əsgərlinin və jurnalist Ruslan Rəhimovun sosial şəbəkədə paylaşdığı fotolar da deyilənlərin həqiqət olduğunu sübut edir. Müxtəlif supermarketlərdə çəkilmiş fotolarda çörək piştaxtalarının boş olduğu görünür.