Dünya ərzaq qiymətləri, ət, süd məhsulları və yağ qiymətlərinin aşağı düşməsinin təsiri ilə oktyabrda bir əvvəlki aya nisbətən 0.9% azalıb.
Birləşmiş Millətlər Təşkilatının Qida və Kənd Təsərrüfatı Təşkilatı (FAO) tərəfindən hazırlanan dünya ərzaq qiymətləri indeksi oktyabrda orta hesabla 163.5 qiymətini alıb. İndeks taxıllar, bitki yağları, süd məhsulları, ət və şəkər qiymətlərindəki aylıq dəyişiklikləri izləyir.
Daha əvvəl 165.4 olaraq açıqlanan sentyabr göstəricisi 164.9-a dəyişdirilib.
FAO, 2018-ci il dünya taxıl istehsalı proqnozunu təxminən 10 milyon ton artıraraq 2 milyard 601 milyon tona qaldırıb. Bu proqnoz, ötən il rekord qıran dünya taxıl istehsalının 2018-də 2.1 faiz azalacağının nəzərdə tutulduğunu göstərir.
FAO 2018-ci il dünya buğda istehsal proqnozunu 728 milyon ton olaraq açıqlayıb. Proqnoz keçən ilki proqnoz ilə müqayisədə 4.3% azdır. (Marja)