Son 20 ildə geniş istifadə edilən enerji içkilərinin insan orqanizminə olan təsirləri hələ də sonadək öyrənilməyib.
1 qutu enerji içkisinin tərkibində olan enerji dəyəri 4 fincan qəhvə, 2 fincan espresso, 4 qutu kola və 6 stəkan çaya bərabərdir.
18 yaşına çatmamış yeniyetmələrin, hamilə qadınların, süd verən anaların ürək-damar, psixonevroloji, böyrək və qaraciyər xəstəliklərindən əziyyət çəkən insanların enerji içkilərindən istifadə etməsi tövsiyə olunmur.
Enerji içkilərinin orqanizmə mənfi təsirlərindən narahat olan bir sıra ölkələr onların satışını məhdudlaşdırıb.