Foodinfo.az bu dəfə oxuculara müxtəlif ərzaqların saxlanma müddəti və qaydalarını təqdim edir. Qeyd olunan müddətdən sonra adları çəkilən ərzaqlardan istifadə etməyiniz məsləhət deyil.
Un, nişasta, düyü,vələmir, manna yarması - 6 aydan 1 ilə kimi(quru, sərin, havası dəyişən yerdə, qapağı bağlı qablarda,ya da öz qablamasında);
Noxud, lobya, mərci - 1 ilə kimi (qapağı açıq qablarda, sərin, havası dəyişilən yerdə. Polietilen torbada saxlamaq olmaz);
Usaq yeməyi, quru süd - 3-6 ay ( vaxtın ötməməsinə dəqiq nəzər yetirməl, çox soyuq , havası dəyişilən yerdə,qapağı bağlı qablarda);
Soda, vanil, limon turşusu - 6 ay (quru yerdə);
Qənd - 2-3 il (quru yerdə, qapağı bağlı qablarda);
Duz - 1-2 il (quru yerdə, qapağı bağlı qablarda);
Ədviyyat - 2-6 ay (quru,qaranlıq yerdə, qapağı bağlanan və üstündə adı yazılmış qablarda);
Xardal - 6 ay (soyuq yerdə);
Sirkə - 2 il;
Şəkərlə qatılaşdırılmış süd - 3 ay;
Bitki yağı - 3 aya qədər (quru, soyuq, havası dəyişilən qaranlıq yerdə);
Ət konservləri - 2 il (quru, havası dəyişilən, soyuq yerdə, pas atmamalıdır);
Meyvə konservləri (mürəbbələr, riçallar, povidlo) - 1 il (öz qabında, günəş şüalarından qorumaqla);
Bal - 1 il.
Foodinfo.az