Məlumdur ki, ət bir sıra təhlükəli xəstəliklər üçün risk faktorudur. Foodinfo.az xəbər verir ki, “The Lancet Planetary Health” jurnalında dərc olunan yeni araşdırmada Edinburq Universitetinin alimləri ət istehlakının sağlamlığa necə təsir etdiyini aşkar ediblər.
Mövcud risk modellərindən istifadə edərək müəlliflər emal prosesindən keçmiş və emal olunmamış qırmızı ətin diabet, ürək-damar xəstəlikləri və kolon xərçənginin inkişafına təsirini qiymətləndiriblər.
Müəlliflər qeyd ediblər ki, 10 il ərzində bu məhsulun istehlakının 30 faiz azalması şəkərli diabet (1.073.400 hadisə), ürək-damar xəstəlikləri (382.400) və xərçəng (84.400) xəstələrinin sayının azalması ilə əlaqələnib.