Alimlər müəyyən ediblər ki, bəzi qidalar ürək-damar xəstəlikləri riskini azaldır. Nəticələr genişmiqyaslı təcrübə zamanı əldə edilib.
Dünyanın hər yerindən 244 min iştirakçı təcrübədə işrirak edib.
Əsas nəticələr göstərib ki, tövsiyə olunan qidalardan daha çox yeyən insanların ürək-damar xəstəlikləri və ölüm riski daha azdır. Bunlara meyvələr, tərəvəzlər, qoz-fındıq, paxlalılar, balıqlar, bütün taxıllar və süd məhsulları daxildir.
Qırmızı ətin orta səviyyədə istehlakı da əvvəlki fərziyyələrin əksinə olaraq ürək sağlamlığına mənfi təsir göstərmir.
Mütəxəssislər hesab edirlər ki, bu pəhriz tövsiyələri sadalanan qidaların mövcudluğu və mədəni üstünlükləri nəzərə alınmaqla, bütün dünyada insanların əksəriyyətinə şamil edilə bilər.