Penitensiar müəssisələrə narkotik vasitə keçirilməsinin qarşısı alınıb. Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən  verilən məlumata görə, əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 1 saylı cəzaçəkmə müəssisəsinə və Bakı İstintaq təcrdixanasına qadağan olunmuş əşyaların keçirilməsi cəhdinin qarşısı alınıb. Cinayət Məcəlləsinin 177.2.5-ci maddəsinə əsasən 2 il 6 ay müddətinə azadlqıdan məhrum edilib və hazırda 7 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən məhkum Zahidov Seymur Teymur oğluna atası Bakı şəhər sakini Zahidov Teymur Kamil oğlu tərəfindən gətirilmiş sovqata baxış keçirilən zaman iki ədəd plastik qabda ("Milla" və "Ramaşka" xamasının qablarında) olan heyva və moruq mürəbbəsinin tərkibində ümumi çəkisi 0,52 qram olan narkotik vasitə “Metadon” aşkar edilib. Eyni zamanda, Cinayət Məcəlləsinin 206.2 və 234.4.3-cü maddələrinə əsasən həbs edilmiş şəxs Qəhrəmanov Siyab Bəxtiyar oğlu Bakı İstintaq təcridxanasına qəbul edilərkən onun üzərinə baxış keçirilən zaman əynindəki şalvarın bel hissəsində xüsusi üsulla gizlədilmiş sellofan bükülüdə 1,875 qram narkotik vasitə “Tiryək” aşkar edilib. Faktlarla bağlı araşdırma aparılır.