SM Klinikasının qastroenteroloqu Yevgeniya Melnikova meyvələrin həddindən artıq istehlakının sağlamlığa zərər verə biləcəyi barədə xəbərdarlıq edib.

Bəzi meyvələrdə çox miqdarda şəkər (fruktoza) var. Bunlara banan, manqo, üzüm, ananas, kivi, albalı və başqaları daxildir, deyə mütəxəssis Gazeta.Ru-ya müsahibəsində izah edib.

Həkim xəbərdarlıq edib ki, həddindən artıq fruktoza qaraciyər yağlanması, piylənmə və şəkərli diabetin inkişafına səbəb ola bilər.

Bundan əlavə, Melnikova görə, artıq meyvə istehlakı böyrəklərin fəaliyyətinə mənfi təsir göstərir.