Hər gün istifadə etdiyimiz dənli bitkilər, tərəvəzlərin vətəninin hara olduğunu bilirsinizmi? Foodinfo.az bu qidaların vətənləri haqqında maraqlı məlumat təqdim edir:
Kələm: Vətən məlum deyil, ilk dəfə yabanı nümunələr Cənubi Avropada tapılıb.
İspanaq: Vətəni Qafqaz, İran, Əfqanıstan və Türkmənistandır.
Soğan: Vətən Cənub-Şərqi Asiyadır.
Mərcimək: Vətən, Aralıq dənizinin hövzəsidir.
Balqabaq: Vətəninin Şimali Amerika olduğu düşünülür.
Yerkökü: Vətəni Asiya, Avropa və Şimali Afrikadır.
Göbələk: Yunan və Romalılar tarixi mədəniyyəti dövrünə təsadüf edir.
Xiyar: Vətən Hindistan və Uzaq şərqdir.
Sarımsaq: Vətəni Asiyadır.
Noxud: Aralıq dənizi hövzəsi vətəndir.
Soya: Çin və Yaponiyada ən az 3 min il əvvəl yetişdirilib.
Qarğıdalı: Vətəni Cənubi Amerikadır. Oradan dənizçilər tərəfindən Avropaya, Afrikaya, Çinə gətirilib və sonra bütün dünyada yayılıb.
Brokoli: Vətəni Çindir.
Aysel