Həkimlər antidepressant effekti yaradan qidaları açıqlayıblar. Maraqlıdır ki, siyahıya, adətən, daha çox vurğulanan banan və şokolad daxil deyil. Tərkibindəki bol miqdarda yod sayəsində yağlı balıq növləri bədənin ümumi tonusunu artırır. Həmçinin dəniz kələminin tərkibindəki bir sıra vitaminlər böyrəküstü vəzin işini sürətləndirir ki, nəticədə, adrenalin və noradrenalin sintezi artır. Bu maddələr isə tonusu və iş qabiliyyətini yüksəldir. Həkimlərin fikrincə, əhvalı yüksək saxlamaq üçün sutka ərzində 50 q qoz və ya püstəni mütəmadi yemək də kifayətdir. Həkimlər əhvalı pozan ərzaqların da adını açıqlayıblar.
Bu qidalara tərkibində taurin və kofein olan enerji içkiləri aid edilə bilər (bunlar təbii və faydalı qida sayılmır). Enerji içkilərinin bir bankasında təxminən 10 fincan qəhvənin tərkibindəkinə bərabər miqdarda taurin mövcuddur. Lakin taurin əvvəl enerjini artırır, bir müddət sonra isə enerjinin qəfil enişi baş verir. Bununla da, əhval-ruhiyyə aşağı düşür.