Qış aylarının vaz keçilməz meyvələrindən biri də naringidiri.
Foodinfo.az ölkə.az-a istinadən xəbər verir ki, tərkibində C, A, B vitaminləri, kalsium, lif, potasium, dəmir və fosfor olan naringi sağlamlıq mənbəyidir. İmmunitet sistemini gücləndirməkdən tutmuş, xərçəng riskini azaltmağa qədər bir çox faydası var. Oxucularımıza naringinin bilinməyən faydalarını təqdim edirik.
İmmunitet sistemini gücləndirir
Naringinin tərkibindəki C vitamini və flavonoidlər immunitet sistemini gücləndirir.
Yeni hüceyrələr yaradır
Naringinin tərkibi B vitamini ilə zəngindir. Bu maddə orqanizmdə DNA və RNA yranmasında iştirak edir və yeni hüceyrələrin yaranmasını dəstəkləyir.
Xərçəngə qarşı
Naringinin tərkibindəki folat xərçəngə səbəb olan DNA dəyişikliklərinin qarşısını alır. Ağ ciyər, döş, qida borusu və mədə xərçəngi kimi xərçəng növlərinin inkişafının qarşısını alır.
İştah
Naringinin tərkibindəki pektin maddəsi uzun müddət toxluq hissi yaradır. Aparılan araşdırmalara əsasən, naringi kökəlmə problemi olan insanlarda iştah nəzarətinə kömək edir və kalori qəbul etməyin qarşısını alır.
Yüksək qan təzyiqinin qarşısını alır
Naringinin tərkibindəki potasium yüksək qan təzyiqinin qarşısını alır, infark riskini azaldır. Bundan başqa flavonoidlər xolesterolun azalmasına təsir edir.
Sümük əriməsinə qarşı
Potasium həm də sümük sağlamlığı üçün vacib bir mineraldır. A vitamini və potasium sağlam sümük inkişafını dəstəkləyir və sümük əriməsinin qarşısını alır.
Yaraları sürətlə sağaldır
Naringinin tərkibində olan C vitamini orqanizmdə kollagen sintezi üçün önəmlidir. Kollagen yaraların tez sağalmasını təmin edir.
Dəmir sovrulmasını artırır
C vitamini eyni zamanda qidalarla qəbul edilən dəmirin orqanizm tərəfindən sovrulmasını təmin edir.
Göz xəstəliklərinə qarşı
Naringinin tərkibində olan A vitamini göz üçün faydalıdır. Kifayət qədər A vitamini qəbul etmək toyuq korluğu, degenerasiya və katarakt yaranması riskini azaldır.
Qanın tərkibindəki şəkər
Naringinin tərkibindəki flavonoidlər diabetə qarşı mübarizədə rol oynayır. Bu maddə xəstəliyə səbəb olan molekulları neytrallaşdıran antioksidantlardır.
Qabığını atmayınNaringinin qabığındakı ağ liflərin tərkibi həzm sistemi üçün faydalıdır. Bundan başqa ağ liflərin tərkibində pektin və diet lifi var. Bu isə xolesterolu azaldır, qanda şəkərin miqdarını balanslaşdırır.
Çəyirdəyi atın
Naringinin tərkibində olan çəyirdəyi atın. Çünki çəyirdək kor bağırsağın yaranmasına səbəb olur.