Şəkərli içkilər və emal olunmuş ət məhsulları bir insanın həyatından təxminən 10 il ala bilir. Foodinfo.az xəbər verir ki, bu nəticəyə təxminən yarım milyon britaniyalının pəhrizini tədqiq edən Norveçin Bergen Universitetinin qidalanma professoru Lars Fadnes gəlib.

Onun sözlərinə görə, soda və kolbasadan imtina edən tədqiqat iştirakçıları bu məhsulları istehlak etməyə davam edənlərdən 10,8 il daha çox yaşayıblar. Ekspert aydınlıq gətirib ki, sağlam insanlar sağlam olmayan yağları və qəlyanaltıları meyvə, tərəvəz və qoz-fındıqla əvəz ediblər. Əsasən 40 yaşında sağlam qidalanmağa başlayanlar yaxşı nəticələr əldə ediblər.

Leyla