“Level Kitchen” xidmətinin sağlam qidalanma sahəsində mütəxəssisi, dietoloq Tatyana Meşçeryakova isti havalarda necə qidalanmaq barədə məsləhətlər verib.
İsti zamanı gündə üç-dörd dəfə kiçik hissələrdə (300-400 q) yemək daha düzgündür, o, "İzvestiya" qəzeti ilə söhbətində bildirib.
Dietoloqun sözlərinə görə, bu, həddindən artıq yeməməyə, eyni zamanda gün ərzində lazım olan enerjini əldə etməyə imkan verəcək.
“Mövsümi meyvələr məqbul miqdarda yeyilməlidir - gündə 500 q-dan çox olmamalıdır. Yaxşı olar ki, meyvə qəlyanaltıları ət, quş əti, balıq və paxlalı bitkilərlə qarışdırılmadan ayrıca yemək kimi qəbul olunsun”, - deyə həkim bildirib.