Kababın insan orqanizmi ziyanlı olduğu sübut edilib.
Alimlərin apardığı araşdırma maraqlı nəticələr verib.
Məlum olub ki, açıq odda yaxud közdə hazırlanan yeməklər insanlarda sətəlcəm, astma və digər ağ ciyər xəstəliklərinin yaranma ehtimalını 40-60 faiz artırır.
Bu isə həmin yemək növlərini siqaret kimi təhlükəli edir.
Oksford universitetinin mütəxəssisi Ka Hun Çan bildirib ki, tüstüdə kanserogen, dəm qazı yüksək miqdarda olduğundan bu, insan həyatı üçün təhlükəlidir.
Müşahidələr göstərir ki, odla hətta qısamüddətli təmas yanğınsöndürənlərin qanında kanserogenlərin miqdarını 2,5-5 dəfə artırır. Bu isə xərçəng xəstəliyinin yaranma ehtimalını xeyli yüksəldir.
Həmçinin müəyyən edilib ki, kabab vərəm, astma və digər ağ ciyər xəstəliklərinə yoluxma ehtimalını 1,5-2 dəfə artırır. (oxu.az)