Gələn il Azərbaycanda 958 min ton kartof istehsalı proqnozlaşdırılır ki, bu da 2018-ci il proqnozu ilə müqayisədə 2,08% çoxdur. Bu barədə 2019-cu il büdcə zərfində deyilir. Məlumata görə, 2020-ci ildə 972 min ton, 2021-ci ildə 1 004,2 min ton, 2022-ci ildə 1 063,6 min ton kartof istehsal olunacağı gözlənilir. Qeyd edək ki, 2018-ci il proqnozuna əsasən ölkədə 938,5 min ton kartof istehsal olacağı ehtimal olunur. (Report)