Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan 56,004 mln. ABŞ dolları dəyərində 9,561 min ton kərə yağı və süddən hazırlanmış digər yağlar idxal edib.
Dövlət Gömrük Komitəsinin məlumatına görə, bu, məbləğ baxımından ötən ilin eyni dövrü ilə müqayisədə 757 min dollar (1,4%) çox, həcm baxımından isə illik müqayisədə 2,328 min ton (19,6%) azdır.
10 ay ərzində kərə yağı və süddən hazırlanmış digər yağlar məhsullarının idxalı Azərbaycanın ümumi idxalının 0,6%-ni təşkil edib. (Report)