Kəsmik həm dadlı, həm də çox faydalı məhsuldur. Bununla belə, bəzi istehsalçılar onun tərkibinə palma yağı və bitki yağları əlavə edirlər.
Foodinfo.az oxuculara kəsmiyin təbiliyini yoxlamaq üçün asan üsulu təqdim edir.
Mətbəxdə həyata keçirə biləcəyiniz bu sadə test kəsmikin tərkibini öyrənməyə kömək edəcək. Bunun üçün sadəcə bir az isti su lazımdır.
Kəsmikdən bir az ayırıb dərin qaba qoyun, üzərinə qaynar su töküb 20-30 dəqiqə saxlayın.
Suyun üzündə yağlı dairələr əmələ gəlsə və ya kəsmik kiçik hissələrə parçalansa, deməli, tərkibində əlavə maddələr var. Əsl kəsmik suda həll olunmayan kazein zülalı sayəsində strukturunu saxlayır.