Qurudulmuş meyvələr il boyu əhalini faydalı vitamin və minerallarla təmin edən qidalardandır. Məhsul hermetik qablaşdırmadadırsa, ilk öncə istehsal tarixi və yararlılıq müddəti barədə məlumatlara, tərkibində qida əlavələrinin olmamasına diqqət yetirilməlidir.
Quru meyvə yeyilməzdən əvvəl ilıq su ilə təmiz yuyulmalıdır. Keyfiyyətli quru meyvə ya bütöv, ya da səliqə ilə doğranmış olmalı və üzərində zədə, ləkə olmamalıdır. Meyvə qurudulan zaman onun tərkibindəki nəmlilik dərəcəsi 18-20 faizədək azalır, bu isə o deməkdir ki, quru meyvə elastik və rahatyeyilən olmalıdır. Keyfiyyətli quru meyvələrin rəngi mat, parıltısız və təbii olmalıdır.
İstehsal texnologiyasının tələblərinə düzgün riayət edilərsə, quru meyvələr sağlamlıq üçün təzə meyvələr qədər faydalıdır.