Çoxlarının sevərək, az qala hər yeməkdə istifadə etdiyi qida məhsullarından biri də mayonezdir. Mayonezin tərkibi bitki yağı, yumurta sarısı, sirkə, ətirvericilər və süd məhsullarından ibarətdir.
Mayonezdən istifadə edərkən diqqətli olmaq vacibdir. Mayonezin qablaşdırmasını açdıqdan sonra məhsulu 3 gündən artıq soyuducuda saxlamaq məsləhət görülmür. Məhsuldan istifadə zamanı onun rənginə də diqqət etmək vacibdir.