Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkədə heyvan kəsiminin müasir tələblərə uyğunlaşdırılması, müasir kəsim məntəqələrinin təşkil olunması və qanunsuz heyvan kəsimi fəaliyyətinin qarşısının alınması istiqamətində nəzarət tədbirlərini davam etdirir.                                                            Foodinfo.az-ın xəbərinə görə, nəzarət tədbirləri çərçivəsində Agentlik müfəttişləri tərəfindən Şamaxı Rayon Polis Şöbəsinin əməkdaşları ilə birgə Şamaxı şəhəri ərazisində keçirilən reyd zamanı Həmzəyev Amil Rüstəm oğluna məxsus 99-RU-232 dövlət qeydiyyat nişanlı, “VAZ-21011” markalı avtomobildə təxmini çəkisi 350-400 kq sümükdən ayrılmış mənşəyi məlum olmayan ət aşkar olunub. Müayinələrin aparılması üçün ətdən nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim olunub. Araşdırmalar davam etdirilir. Agentlik bir daha qanunsuz heyvan kəsimi fəaliyyəti ilə məşğul olan şəxsləri qanunvericiliyin tələblərinə əməl etməyə və qanunazidd fəaliyyətdən yayınmağa çağırır. [gallery ids="45100,45101"]