Şahzadə Harrinin xanımı Meqan Markl ötən il Grenfell yanğınından sonra evsiz qalmış ailələrə yardım məqsədilə sosial aksiyaya qoşulub.
Düşes həmin ailələr üçün nəzərdə tutulmuş yemək kitabı üçün mətbəxə keçib. Londondakı Al Manaar Müsəlman Mədəniyyəti Mərkəzinə baş çəkən Markl şorba bişirib. O, uzun müddət mərkəzin nümayəndələri ilə söhbət də edib.
Xatırladaq ki, Grenfell qüllələrində ötən il baş vermiş yanğında çox sayda insan həyatını itirmiş, minlərlə ailə evsiz qalmışdı. Yanğın qurbanlarına dəstək məqsədilə yayımlanan “Together: Our Community Cookbook” kitabı qısa müddətdə populyarlıq qazanmış, Meqan Markl da kitabın ərsəyə gəlməsinə dəstəyini əsirgəməmişdi. (Qafqazinfo)