Dünyanın məşhur "tasty.com" kulinariya internet portalının latviyalı redaktoru Yolanta Roze dünya plovları barədə məqalə hazırlayıb. 9 müxtəlif plovun yer aldığı məqalədə yeganə düzgün resept kimi Azərbaycan plovu göstərilib. “Əgər bir qazan ləzzətli plov bişirsəniz azı iki gün dincələ bilərsiz. Çünki ailəniz bu dadlı yeməyi yeməkdən doymayacaq. Hər kəsin ideal plov anlayışı var: kimsə yalnız özbək plovunu tanıyır, digəri üçün yeganə düzgün resept Azərbaycan plovudur”,- deyə məqalədə vurğulanır. Məqalədə ölkəmizin ən məşhur “turşu-qovurma plov”un hazırlana qaydası göstərilib.