Rəqabət Məcəlləsi Milli Məclisin yaz sessiyasında müzakirə edilməyəcək
Rəqabət Məcəlləsinin müzakirə edilməsi “Milli Məclisin 2018-ci il yaz sessiyasının işlər planına” daxil edilməyib.Bu da o deməkdir ki, Məcəllə 2018-ci ilin yaz sessiyasında da qəbul edilməyəcək.
Qeyd edək ki, Rəqabət Məcəlləsi 2006-cı ildə prezident tərəfindən Milli Məclisə təqdim edilib. Bu qanun layihəsi 2-ci oxunuşdan keçsə də, hələ ki 3-cü oxunuşa təqdim edilməyib. Artıq 11-ci ildir ki, bu qanun qəbul olunmur. Məcəllədə əsas məsələlər rəqabət yaradacaq məhsulların davamlı istehsalını təmin etmək, ixrac yönümlü məhsulların istehsalını təşkil etmək, inhisarçılığı aradan qaldırmaq nəzərdə tutulub. (Modern.az)