Bayram və qonaqlıq süfrələrində qarnınızı yeməklə doldurmaq istəyi müxtəlif səbəblərdən qaynaqlana bilər. Klinik psixoloq Stanislav Samburski deyir ki, bu yolla bəziləri daxili narahatlıqları boğmağa, şən bir əhval-ruhiyyə çalışırlar.
Həkimin sözlərinə görə, həddindən artıq yemək çox vaxt sosial amillə əlaqədar baş verir. Məsələn, ev sahibi bütün hazırlanmış yeməkləri dadmağı xahiş edir. Ətrafınızdakı hər kəs yemək yeyirsə, bundan qaçınmaq çətindir. Ancaq çox vaxt problemin kökü emosional vəziyyətdədir.
Bəzən insanlar tənhalıq hissini boğmaq, stressi aradan qaldırmaq və ya sadəcə olaraq nə iləsə məşğul olmaq üçün həddindən artıq yeyə bilər. Çünki, yemək məmnunluq, təhlükəsizlik hissi verir.
Leyla