Gündə üç dəfə yemək ideyası 17-ci əsrə gedib çıxır və indi ekspertlər bunun artıq bizə uyğun olmadığını söyləyirlər. Qidalanma mütəxəssisi Kayl Krouli qeyd edib ki, pəhriz insanın fəaliyyət formasından asılı olmalıdır.
Krouli deyir ki, ofis işçisi üçün optimal pəhriz oturaq həyat tərzinin təsirlərini aradan qaldırmaq üçün daha yüngül və tez-tez yemək yeməkdən ibarətdir. Tədqiqatlar göstərdi ki, bu insanlar gün ərzində daha tez-tez yeməkdən daha çox faydalanacaqlar və gündə cəmi altı dəfə yemək tövsiyə olunur.
Çox fiziki fəaliyyəti olan işçilər üçün zülal, lif və kompleks karbohidratlarla zəngin doyurucu səhər yeməyi ilə gündə üç dəfə yemək uyğun gəlir.
Gecə növbələrində işləyən insanlar üçün işdən əvvəl doyumlu yemək və gün ərzində immuniteti gücləndirən qidalardan qəlyanaltı yemək vacibdir. Son yemək yüngül olmalıdır.