Çay əsasən axşamlar içilir, çünki o, sakitləşdirici təsirə malikdir və guya yuxuya getməyə kömək edir. Foodinfo.az xəbər verir ki, yuxu mütəxəssisi Martin Seely deyir ki, bu, çox pis vərdişdir.
Çayda rahatlamağa kömək edən L-theanine amin turşusu var - lakin araşdırmalar göstərir ki, yatmazdan altı saat əvvəl kofeinli içkilər içmək yuxunun pozulmasına səbəb ola bilər. Hətta yatmazdan bir neçə saat əvvəl çayı dayandırmaq, tərkibindəki kofeinin yuxu pozan təsirini azaltmaq üçün kifayət deyil.
Ekspertin fikrincə, çay - yaşıl və ya qara - saat 15:00-dan sonra içilməməlidir. Bunun əvəzinə lavanda və ya çobanyastığı kimi otlarla çay dəmləmək daha yaxşıdır.
Leyla