2018-ci ilin oktyabr ayının ikinci yarısında Özbəkistanın paytaxtı Daşkənd şəhərində III Beynəlxalq meyvə və tərəvəz yarmarkası keçiriləcəkdir. Bu yarmarka ölkələrimizin biznes qrupları ilə əməkdaşlıq yollarının və həmçinin acı bibərin istehsalı məsələsinin müzakirəsi üçün əlverişli ola bilər. (Yarmarkanın dəqiq keçirilmə tarixi ilə bağlı ətraflı məlumat təqdim oluncaqdır).
Son illərdə Özbəkistanda meyvə və tərəvəz məhsullarının çeşidlənməsi sahəsinə böyük diqqət ayrılır. Bu məqsədlə respublikada acı bibərin kütləvi yetişdirilməsinə başlanılmışdır. Cari ildə məhsulun istehsalının ümumi həcminin 180 min tona qaldırılması nəzərdə tutulmuşdur.
Bu gün özbək bibər istehsalçıları qarşılıqlı şəkildə faydalanmaq şərti ilə xarici partnyorlar ilə əməkdaşlıq imkanlarında maraqlıdırlar. Bu fəaliyyət çərçivəsində bibərin ixracının təmin edilməsi, eyni zamanda bu məhsulun emalı üçün istehsal gücünün yaradılması kimi məsələlər təklif olunur.
Yuxarıda göstərilənləri və Azərbaycanla qarşılıqlı ticari-iqtisadi və investisiya əlaqələrinin inkişaf etdirilməsinin vacibliyini nəzərə alaraq, özbək bibər istehsalçları ilə əməkdaşlıqda maraqlı olan şəxslərdən bu təklifi nəzərdən keçirmələri xahiş olunur.