Bildiyimiz kimi, hipertoniya, şəkərli diabet, ağciyər xəstəlikləri, onkoloji xəstəlikləri olanlarda koronavirus ağır keçir və çox ciddi fəsadlara səbəb olur.
Bundan əlavə qan xəstəlikləri (anemiyalar, talassemiya və s.) olanlar da koronavirusa görə risk qrupuna daxildir. Bizim ölkədə anemiyalar yayılmış pozulma sayılır. Həmçinin Azərbaycan nadir anemiya növü olan talassemiya xəstəliyi üçün endemik zonadır. Azərbaycanda 1 mln-dan çox insan talassemiya daşıyıcısıdır.
Saglamolun.az bildirir ki, koronavirus ağciyərdən əlavə eritrositləri də zədələyir. Qırmızı qan hüceyrələri olan eritrositlərin əsas funksiyası oksigeni orqan və toxumalara daşımaqdır. Eritrositlər zədələnəndə bu prosess pozulur və oksigen çatışmazlığı yaranır.
Qanazlığından əziyyət çəkən insanların qanında eritrositlərin sayı normadan az olur. Bunun nəticəsində bu insanlar kovidə yoluxanda onlarda oksigen çatışmazlığı daha sürətli inkişaf edir.
Həmçinin qanzlığı olan insanların immun sistemi də zəif olur ki, bu da koronavirusun ağır gedişatı üçün əlavə şərait yaradır.