Bu il Qax rayonunun təsərrüfatlarında 1750 hektar sahədə qarğıdalı əkilməsi nəzərdə tutulur. Hazırda təsərrüfatlarda qarğıdalı səpini yekunlaşmaq üzrədir. Fermerlər bu günədək 1600 hektar sahəyə qarğıdalı səpiblər. Təsərrüfat sahibləri səpin zamanı Türkiyədə istehsal olunan yüksək məhsuldar toxum sortlarına üstünlük verirlər. Bu barədə Fins.az-a Qax Dövlət Aqrar İnkişaf Mərkəzinin bitkiçilik sektorunun müdiri Eyvaz Aslanov məlumat verib. irib ki, indiyədək rayonun Tasmalı kəndində 250 hektar, Ləkit kəndində 230 hektar, Qorağan kəndində 200 hektar, Qax Aqroparkının ərazisində isə 180 hektar sahəyə qarğıdalı toxumu səpilib. Qeyd edək ki, qaxlı fermerlər ötənilki mövsümdə 1720 hektar qarğıdalı sahəsindən 12 min 758 ton məhsul əldə ediblər. Dən qarğıdalı istehsalı əvvəlki illə müqayisədə 421 ton artıb. Hər hektardan orta hesabla 74,2 sentner məhsul götürülüb. Eyvaz Aslanovun sözlərinə görə, təsərrüfatlarda tütün əkini də mütəşəkkil davam etdirilir. Cari ildə rayonda 500 hektar sahədə tütün əkini proqnozlaşdırılır. Fermerlər bu günədək 354 hektar sahəyə tütün şitilləri köçürüblər.