Türklərin sevə-sevə içdiyi qəhvə artıq bizim ölkə də tələblər sırasında olan içkilər sırasındadır.
Foodinfo.az hekimtap.az saytına istinadla xəbər verir ki, kafeinin normal bir insan tərəfindən gündəlik alınması lazım olan miqdarının 300 milli qram olduğu bunun da təxminən 3-4 kiçik fincan etdiyi bildirilir. Kafein vücud üçün çox içildiyi zaman təhlükəli ola bilər.
Bəs diyetoloqlar artıq çəki almamaq üçün nə tövsiyə edirlər?
Qəhvə sağlam qidalanma zamanı müsbət təsirlərə malikdir. Bu barədə diyetoloq Hatice Gürgen bəhs edib.
Kafein qəhvə bitkisinin toxumlarında, çay yarpaqlarında və kakao ağacının toxumlarında mövcuddur. Mərkəzi sinir sisteminə təsir edərək yorğunluğa faydalıdır.
Tez-tez idrara getmək kimi probleminiz varsa kafein buna kömək edəcək.
Normal insan gündəlik 300 mq kafein qəbul edilməlidir.
Vücudda su itkisinə səbəb olduğu üçün hansı növü içilsə belə ən az içilən qəhvə qədər su içilməlidir.
Mədə kiçiltmə, mədə əməliyyatı keçirənlərin ən çox verdiyi sual isə qəhvəni içməyin zərərinin olub-olmamasıdır.
Piylənə üçün cərrah əməliyyat etdirməyə hazırlaşanlar əgər qəhvə çox içən insanlardırsa qəhvəni azaltmaqları tövsiyə edilir. (Hekimtap.az)