Hazırda ərzaq sektoru olduqca genişdir. Mağazaların rəflərindəki müxtəlif rənglərdə qidalar var. Bunların bir çoxunda istehlakçının gözünə daha gözəl görünməsi üçün qida boyaları istifadə olunur. Lakin, bu boyalar sağlamlığa zərərlidir. Foodinfo.az bildirir ki, uzun müddətli istehlak bədəndə bir sıra narahatlıqlara səbəb olur.
Marketlərdə satılan bəzəkli şiniyyatlar və bu kimi məhsullar əsasən uşaqlara yönəldilir. Elmi araşdırmaların nəticələrinə görə bu cür qidalar uşaqlarda hiperaktivlik və həssaslıq kimi problemlərə səbəb olur.
İnsanları ən çox qorxudan bir məsələ isə, bu boyaların xərçəngə səbəb olub-olmamasıdır. Araşdırmalar nəticəsində bu maddələrin xərçəngə səbəb olmadığı bildirilir.
Təcrübələr nəticəsində bu boyaların istehlakının xərçəng yaratma riski olmadığı aşkar olunub.
Aysel