15 dekabr 2018-ci il tarixdə saat 13:00-da Şəki şəhəri Heydər Əliyev Mərkəzində Şəki, Qax, Zaqatala, Balakən, Oğuz və Qəbələ rayonlarından Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi İnstitutuna işləmək üçün müraciət edən iddiaçılarla Agentliyin rəhbərliyi görüş keçirəcəkdir.
Aşağıda qeyd olunan ixtisaslar üzrə ali təhsili olan vətəndaşlar Azərbaycan dilində tərtib olunmuş öz şəxsi işləri (şəkilli) ilə müraciət edə bilərlər:
1. Hüquqşunaslıq
2. İqtisadiyyat
3. Əmtəəşünaslıq
4. Qida mühəndisi
5. Genetika
6. Tibbi profilaktika
7. Fitosanitariya
8. Aqronomluq
9. Baytarlıq
10. Kimya
11. Biokimya
12. Biologiya
13. Mikrobiologiya
14. Maliyyə və mühasibat uçotu
Əlavə məlumat almaq üçün (+994 12) 565-12-82 (daxili - 155) və ya (+994 55) 450 10 00 (Tural Əlizadə) əlaqə nömrələrinə zəng edə bilərsiz.