Rusiya Türkiyə, Azərbaycan, Ermənistan, Belarus, Qazaxıstan, Misir, Qırğızıstan, Türkmənistan və Özbəkistandan tərəvəz idxalını artıracaq. Bu barədə Foodinfo.az “Haber Global”a istinadən xəbər verir. Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətindən (“Rosselxoznadzor”) verilən açıqlamada ümumilikdə 9 ölkədən tərəvəz idxalının artırılacağı bildirilib. Qeyd edilir ki, Türkiyədən əlavə pomidor, bibər, balqabaq və badımcan idxal ediləcək: "Əvvəlki idxal məhdudiyyətləri aradan qaldırılaraq, müvafiq ölkələrin bütün torpaqlarından tərəvəz idxalının davam etdirilməsinə qərar verilib". “Rosselxoznadzor”un açıqladığı siyahıya Azərbaycan, Ermənistan, Belarus, Qazaxıstan, Misir, Qırğızıstan, Türkmənistan və Özbəkistan daxildir.