İnsan sağlamlığına zərər vermədən gündə 1 “plitka” şokolad yeyə bilər.
Foodinfo.az medicina.az-a istinadla xəbər verir ki, bunu diyetoloq Anna Belousova bildirib.
“Bu, tünd şokolad olmalıdır. O, ən təsirli antidepresantlardan biri kimi təsir edir”, - deyə diyetoloq qeyd edib.
Onun sözlərinə görə, insan 100 qram şokolad istehlak edərək 2 min kalori olan gündəlik normanın beşdə birini almış olur.
Diyetoloq şəkərin şokoladın kalorisini yüksəltdiyini xatırladıb və buna görə də kakao tərkibi 85% və ya daha yüksək olan tünd şokoladı seçməyi tövsiyə edib.
"Sağlam bir insan gündə bir “plitka” şokolad yeyə bilər. Ancaq hamısını bir oturuşda yeməməlisiniz”, - o nəzərə çatdırıb.
Diyetoloq əlavə edib ki, artıq çəkili və ya hərhansı xəstəliyi olan insanlar gündə ən çox “plitka”nın altıda birini yeyə bilərlər.
Qeyd edək ki, həkimlər yaxşı şokoladın tərkibində kakaonun ən azı 70% olmasının vacibliyini vurğulayırlar.
Həmçinin, keyfiyyətli məhsulun tərkibində kakao yağı, kakao tozu və təbii şəkər olmalıdır. Tərkibində lazımsız əlavələr olan şokoladları yemək məsləhət görülmür.