Yaşıl rəngli tərəvəzlərin (bibər, ispanaq, xiyar, kivi, kələm, tərə, brokkoli, kərəviz və s.) tərkibindəki dəmir, fosfor, kalsium, maqnezium mineralları, beta-karotin maddəsi, B1, B2, B3, C, E vitaminləri insan sağlamlığı üçün əvəzedilməz rol oynayır.
Yaşıl tərəvəzlər qanı təmizləyir, qan dövranını, tənəffüs sistemini və immuniteti sürətləndirir, xərçəng xəstəliyinin qarşısını alır, beyin fəaliyyətini yaxşılaşdırır. Bu tərəvəzlər qanazlığından, göz xəstəliklərindən, bağırsaq problemlərindən, ürək qüsurlarından əziyyət çəkənlər üçün dərman rolunu oynayır.
Həkimlər sağlam qalmaq üçün hər gün ən az iki ədəd yaşıl rəngli meyvə və ya tərəvəz yeməyi məsləhət görürlər. Eyni zamanda Alzheimer xəstəliyi təhlükəsi altında olan insanların bol miqdarda yaşıl rəngli tərəvəzlərlə qidalanmaları tövsiyə olunur.