“Son 40 ildə dünya əmtəə bazarı belə təlatüm görməyib. Ukraynaya hərbi müdaxilənin uzanacağı təqdirdə bazarlarda kəskin qiymət volatilliyi (qiymət dəyişikliyi – red.) davam edəcək”. Foodinfo.az xəbər verir ki, bunu iqtisadçı ekspert Rövşən Ağayev bildirib. O, Dünya Bankının qlobal əmtəə bazarlarında fevralın sonuna olan qiymətləri açıqladığını qeyd edib: “Ötən ilin eyni dövrü ilə müqayisədə: Kömür 2.2 dəfə, neft 2.2 dəfə, gübrələr orta hesabla 2 dəfə, mal əti 35%, toyuq əti 69%, pambıq 53%, alüminium 55%, mis 18% bahalaşıb. Çox kəskin qlobal inflyasiya dünya iqtisadiyyatı üçün ciddi risklər yaradır. Aparıcı iqtisadiyyatlarda makroiqtisadi sabitliyin pozulması, inkişaf etməkdə olan ölkələrdə onsuz da geniş miqyasda olan yoxsulluğun daha da artması təkcə qlobal iqtisadi deyil, həmçinin siyasi sabitlik üçün saatlı bombaya çevrilir”.