Diyetoloq Janna Tixanycheva turş və yağlı yeməklərə həvəsin səbəblərini sadalayıb. Foodinfo.az xəbər verir ki, ekspert Life.ru-ya müsahibəsində bildirib ki, əgər siz turş yemək istəsəniz, bu, mədə şirəsinin aşağı turşuluğunu və ya C vitamini çatışmazlığını göstərə bilər.

Mütəxəssisin qeyd etdiyi kimi, bu halda pəhrizə sitrus meyvələri, bolqar bibəri, duzlu kələm əlavə etmək lazımdır.

Yağlı qidalar yemək istəyi, yağda həll olunan A, E, D və K vitaminlərinin, eləcə də omeqa-3 yağ turşularının çatışmazlığından xəbər verir.

Nurlan