Əvvəlki ilin yanvar-aprel ayları ilə müqayisədə cari ilin ilk 4 ayında içki istehsalında 57,1 faiz, qida məhsullarının istehsalında 21,8 faiz, tütün məmulatlarının istehsalında isə 21,1 faiz artım müşahidə olunub.
Dövlət Statistika Komitəsinin məlumatına görə, bu sahələrin əsas məhsullarından qənd və şəkər tozu istehsalı 5,9 dəfə, cem və marmeladların istehsalı 9,5 faiz, duru bitki yağlarının istehsalı 6,4 faiz, üzlü süd istehsalı 2,8 faiz, araq istehsalı 4 dəfə, alkoqolsuz içkilərin istehsalı 23,3 faiz artıb.