Xoşagəlməz tər qoxusu bir çox insanın qarşılaşdığı problemdir. Foodinfo.az OSN-ə istinadən xəbər verir ki, buna təsir edən amillərdən biri təbii ki, qidalanmadır.
Dietoloq Polina Juravlevanın izah etdiyi kimi, xoşagəlməz qoxuya səbəb ola biləcək bir neçə növ yemək var.
O xatırladıb ki, hər bir insanın özünəməxsus qoxusu var. Təmiz tər heç bir iy vermir. Bu, sadəcə, duz və sudur. Buna görə də tərin qoxusu insandan insana əhəmiyyətli dərəcədə dəyişir.
Lakin qasıq və qoltuq altından ifraz olunan tər qoxu verə bilər. Bu stress və ya narahatlıq ilə əlaqələndirirlir.
Həmçinin, mütəxəssisin fikrincə, şirniyyat və nişastalı qidaların həddindən artıq istehlakı tərin xoşagəlməz qoxusuna səbəb ola bilər. Sarımsaq, qaynadılmış yumurta, turşu və ədviyyatlı kələm yaşıl soğan tər qoxusu yaradır.